AZ

"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama

"Bir ölkənin konsulluğunun məhv edilməsini dolayı münaqişə də adlandırmaq olmaz..."
 
"Yaxın Şərqdə münaqişənin davam etməsi "nə İsrail, nə İran, nə də bütövlükdə regionun maraqlarına cavab vermir".
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarına cavabında deyib. Məlumatı "RİA Novosti" agentliyi yayıb.
 
"Biz bu münaqişənin böyüməsi barədə heç danışmaq istəməzdik", - Peskov deyib.
 
Kremlin çarçısı qeyd edib ki, "İsrail və İran arasında münasibətlərdə indiki vəziyyəti dolayı münaqişə də" adlandırmaq istəməzdi.
 
"Çünki bir ölkənin konsulluğunun məhv edilməsi kimi vəziyyəti çətin ki, dolayı münaqişə adlandırmaq olar", - o, izah edib.
 
Peskovun şərhi Rusiyanın rəsmi şəxsləri və təbliğatçıları tərəfindən İsrail əleyhinə növbəti çıxışı olub.
 
Belə ki, İranın hava zərbəsindən dərhal sonra Rusiya XİN rəsmi bəyanat dərc edərək İranın İsrailə güclü hücumuna, guya, "özünümüdafiə aktı" kimi haqq qazandırıb".
 
Ertəsi gün Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova İsrailin Rusiyadakı şəfiri Simon Qalperinin İsrailin Rusiyadan İranın misli görünməyən güclü hücumunun pisləməsini gözlədiyi barədə bəyanatına cavab olaraq cəfəng şərhlə çıxış edib.
 
Sonradan Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya İsrailin ünvanına bir neçə ittihamedici bəyanatla çıxış edib və İranın hücumuna hər vəchlə haqq qazandırıb.
 
Kreml təbliğatçısı Sergey Mardan isə Rusiya televiziyasının efirində "gül vurub".
 
"Biz İrana, əlbəttə ki, qələbə arzulayırıq", - o, deyib və iranlıları "öz silahdaşları" adlandırıb. İsraillilər haqqında isə jurnalist son dərəcə aşağılayıcı tonda danışıb, onları "əbləh" adlandırıb və iranlıların hücumu zamanı İsrailin bir təyyarəsinin belə vurulmadığına görə təəssüfünü ifadə edib.
Seçilən
114
Mənbələr
Şərh ()
Bağla