AZ

Bu xəbər Tovuzda hər kəsi sevindirəcək!

“Sumqayıt” ciddi itki ilə üzləşib.

5 qolla “kimayçılar”ın iki ən sərrast futbolçusundan biri olan Kasimir Ninqa (digəri Roy Kehatdır) cəzalı duruma düşüb.

Çad millisinin üzvünün “Zirə” ilə qarşılaşmada aldığı “sarı” mövsümdə dördüncü eyni rəngli vərəqə olub. Bu isə növbəti matçı kənardan izləyəcəyi deməkdir.

Maraq üçün bildirək ki, fiziki göstəricilərinə görə seçilən və rəqib müdafiəçilərə nəfəs almaq imkanı verməyən Ninqa sumqayıtlıların ən təhlükəli futbolçusu hesab olunur.

“Sumqayıt” Premyer Liqanın 31-ci turunda səfərdə “Turan Tovuz”un qonağı olacaq ki, bu oyunun nəticəsi avrokuboklara vəsiqə qazanmaq baxımından ciddi önəm kəsb edir.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla