AZ

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub.

Aznews.az xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) hesabatında deyilir.

Hazırda bu ölkədə 1 milyard 442 milyon insan var.

İkinci yerdə 1 milyard 425 milyonla Çindir.

Fond Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirir.

BMT-nin hesablamalarına görə, 1990-cı ildə dünyada ana ölümlərinin 26 faizi Hindistanın payına düşüb, 2020-ci ilə qədər bu rəqəm səkkiz olub.

Hesabata görə, hazırda Hindistan əhalisinin 26 fazii 10-24 yaş arasındadır.

Seçilən
34
16
Mənbələr
Şərh ()
Bağla