AZ

“Qaraciyər xəstəlikləri olan insanlarda yaddaş problemləri yarana bilər”


“Qaraciyər xəstəlikləri olan insanlar əhəmiyyətli dərəcədə pis yaddaş və zehni qabiliyyətlərin azalması ilə qarşılaşırlar”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hepatoloq Aşvin Dhanda “HuffPost”a danışıb.
Mütəxəssisin fikrincə, qaraciyər xəstəliyinə görə idrak qabiliyyətinin zəifləməsi o qədər ağır ola bilər ki, hətta həkimlər bunu demens əlamətləri ilə səhv salırlar:
“Bunun səbəbi bəzən qaraciyərin sıradan çıxmasına qədər sirozun diqqətdən kənarda qalmasıdır. Qaraciyər alkoqol, yağ yataqları və hepatit virusları da daxil olmaqla bir neçə faktorla zədələnə bilər. Zərər müalicə edilmədikdə, qaraciyərdə çapıq yaranır və bir anda ən vacib vəzifələrindən birini - qanı təmizləməyi dayandırır”.
Həkimin sözlərinə görə, bu, beyinə daxil olan, onun fəaliyyətini pozan və müxtəlif koqnitiv əlamətlərə səbəb olan toksinlərin, əsasən ammonyakın orqanizmdə toplanmasına gətirib çıxarır. Dhanda qeyd edib ki, ABŞ-də aparılan bir araşdırma, qaraciyər problemi olan insanların təxminən 10 faizinə demans diaqnozu qoyulduğunu göstərib.
Seçilən
63
Mənbələr
Şərh ()
Bağla