AZ

Fransada Putinin keçmiş həyat yoldaşının villasına həbs qoyuldu

Fransa məhkəməsi Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Ocheretnayanın villasına həbs qoyub.

KONKRET.az Fransanın “Challenges” nəşrinə istinadən xəbər verir ki, söhbət ölkənin cənub-qərbindəki Anqlet şəhərində yerləşən “Suzanna” villasından gedir. Məhkəmə qərarı 2023-cü il dekabrın 6-da verilib, lakin jurnalistlər bundan indi xəbər tutublar.

1930-cu ildə tikilmiş 5 min kvadratmetrlik villa 2013-cü ilin dekabrında, Lyudmila və Vladimir Putinin boşandıqlarını elan etdikdən 6 ay sonra alınıb. Ev 5,4 milyon avroya başa gəlib.

Burhan,

KONKRET.az

Seçilən
70
2
Mənbələr
Şərh ()
Bağla