AZ

Paşinyan Qazaxla sərhədə gəldi, sakinlərlə görüşdü - "Evlərin qarşısında cəbhə xətti yox, sərhəd olmalıdır"

“Bu evlərin qarşısında cəbhə xətti yox, sərhəd olmalıdır”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın baş naziri Paşinyan Tavuş vilayətinin Azərbaycanla sərhəd kəndlərinin sakinləri ilə bu günkü görüşündə bildirib.

Onun sözlərinə görə, siyasi lider kimi atdığı bütün addımların məsuliyyətini anlayır: “Bunu niyə etdiyimi bilirəm. Mən bunu ona görə edirəm ki, Ermənistan Respublikası son nəticədə forpost yox, müstəqil dövlət olsun. Bilirəm ki, bu, mənim siyasi xəttimə çox mənfi təsir göstərə bilər. Amma lider olmaq elədir ki, lazım gələrsə, dövlətin və gələcəyin naminə öz nüfuzunu, hörmətini qurban verir”. Ermənistan mənim üçün hətta gələcək siyasi karyeramdan da önəmlidir”.

Paşinyan sakinlərə irəli baxmağa çağırıb: “Bu kəndlərdə tikilən evlərdən hönkürtü səsi gəlməməlidir. Tariximizdə bu qədər ağlaşma və hönkürtü bəs edir. Bu evlərin qarşısında cəbhə xətti yox, sərhəd olmalıdır”- deyə baş nazir vurğulayıb.

Nikol Paşinyanın Tavuş bölgəsinə səfəri zamanı Qazax rayonunun 4 kəndinin qaytarılmasını sakinlərə müzakirə edib.

 

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla