AZ

Basketbol: Azərbaycan Kubokunun finalçıları bəlli oldu

Bu gün – aprelin 17-də “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun yarımfinal oyunları keçirilib.

Arena.az xəbər verir ki, günün ilk yarımfinal oyunu “NTD-İndiqo” və “Xəzri” komandaları arasında baş tutub.

Yerli basketbolçuların inamlı oyunu sayəsində “Xəzri” komandası görüşü 78:73 hesablı qələbə ilə tamamlayıb. Qalib komandanın ən məhsuldar basketbolçusu Vüqar Məmişov olub – 18 xal, 3 ribaund. Xaçmaz təmsilçisində isə Elşad Şirzadov fərqlənib – 16 xal, 4 ribaund.

İkinci yarımfinal oyununda “Neftçi” və “Sərhədçi” kollektivləri qarşılaşıblar. Oyun “Neftçi”nin 91:73 hesablı qələbəsi ilə bitib. “Neftçi”nin ən məhsuldar basketbolçusu Ceyms Haforn olub – 19 xal, 5 ribaund. “Sərhədçi”nin heyətində isə Ramiz Quliyev özündən söz etdirib – 15 xal, 4 assist.

Xatırladaq ki, basketbol üzrə Azərbaycan Kubokunun final oyunu aprelin 20-də keçiriləcək. “Sərhədçi” İdman Mərkəzində keçiriləcək oyuna saat 15:00-da start veriləcək.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla