AZ

"Xəzri" və "Neftçi" finalda

Bakı. Trend:

Bu gün basketbol üzrə Azərbaycan kubokunda yarımfinalmərhələsinin oyunları keçirilib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, hər 2 matç Bakıda “Sərhədçi” İdmanMərkəzində baş tutub.

Günün ilk oyununda NTD-İNDİQO “Xəzri” ilə qarşılaşıb. Hər 2komandanın finala çıxmaq şansları bərabər idi. İlk periodda 17xallıq fərq əldə edən paytaxt basketbolçuları üstünlüyü sonadəkqoruyub.

Digər cütdə isə “Neftçi” ilə “Sərhədçi” üz-üzə gəlib. Matç"ağ-qaralar"ın üstünlüyü ilə keçib və onlar asan qələbəqazanıblar.

Qeyd edək ki, kubokun finalı aprelin 20-də olacaq. Oyun saat15:00-da start götürəcək.

Azərbaycan kuboku
Yarımfinal
17 aprel

16:00. NTD-İNDİQO – “Xəzri” - 73:78 (14:31, 24:15, 17:13,18:19)
19:30. “Neftçi” – “Sərhədçi” - 91:73 (31:22, 21:20, 20:16,19:15)

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla