AZ

Ukrayna baş naziri çıxışında səhvə yol verdi

Ukraynanın baş naziri Denis Şmıqal Qərbi “Rusiya şəhərlərini qorumağa” çağırıb. Bundan sonra o, Ukrayna şəhərlərini nəzərdə tutduğunu izah edib.



Sfera.az xəbər verir ki, Şmıqal Vaşinqtonda keçirilən ABŞ-Ukrayna Tərəfdaşlıq Forumunda çıxış edib, çıxışın səsyazısı ABŞ Ticarət Palatasının Youtube kanalında dərc edilib.



"Rusiya şəhərlərini qorumaq üçün bizə hava hücumundan müdafiə sistemləri lazımdır",-nazir bildirib .



Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna Silahlı Qüvvələri yeni hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyac duyur.
 

İnci
sfera.az

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla