AZ

“Formula-1” çempionu planetin ən nüfuzlu 100 adamı sırasında

“Red Bull” pilotu Maks Verstappen “Tıme” jurnalı tərəfindən planetin 100 ən nüfuzlu insanı siyahısına daxil edilib.

“Son 12 ayda Maks Verstappen Mayami, Monako və Əbu-Dabidə, Yaponiya və Qətərdə, Avstriya və Macarıstanda, eləcə də müxtəlif qitələrin fərqli yerlərində qalib gəlib. Ardıcıl üç “Formula-1” çempionu olmuş Verstappen qədər dünyada heç bir idmançı daha çox qələbə qazana bilməyib”, - deyə “Tıme” yazıb.

Qeyd edək ki, Verstappen cari çempionatda da liderlik edir.

Mənbə: championat.com

Seçilən
175
8
Mənbələr
Şərh ()
Bağla