AZ

Oliver Kan: “Bu, “Bayern”i taxtdan salmağın yeganə yolu idi”

“Bayern”in idarə heyətinin sabiq sədri Oliver Kan Tomas Tuxelin Münhen klubunda özünü layiqincə sübut edə bilməməsinin səbəbini açıqlayıb.

Arena.az xatırladır ki, Tomas Tuxel cari mövsümün sonunda Almaniya klubunu tərk edəcəyini açıqlayıb.

“Parisdə ulduzlarla dolu komandanı UEFA Çempionlar Liqasının finalına çıxarmış və “Çelsi” ilə Çempionlar Liqasını qazanmış, Avropanın ən maraqlı məşqçilərindən birinin Münhendə bu qədər çətinliklərin öhdəsindən gəlməli olması çox şey deyir.

“Bayer” Bundesliqada əla mövsüm keçirdi. Onların inanılmaz məğlubiyyətsizlik silsiləsi var. Bunun nə vaxtsa “Bayern” üçün öz təsirini göstərməsi qaçılmaz idi, amma etiraf etməliyik ki, Leverkuzen klubu əsrin mövsümünü yaşayır. Bu, bir anda “Bayern”i taxtdan salmağın yeganə yolu idi. UEFA Çempionlar Liqasında isə vəziyyət fərqlidir”.

Yeri gəlmişkən, Oliver Kan Münhen klubunun PSJ və Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappeni almağa çalışıb-çalışmadığı haqda sualı da cavablayıb:

“Heç bir konkret məlumat yox idi. Kilian Mbappeni Parisdən çıxarmaq mümkün deyildi. Erlinq Halandın isə Dortmund “Borussiya”sı ilə müqaviləsində sərbəstqalma maddəsi vardı. Bunu nəzərə almasaydıq, səhlənkarlıq olardı. Biz Avropanın ən yaxşı hücumçularını müəyyənləşdirməli və onlardan hansının bizə uyğun olacağını dəyərləndirməli idik”, deyə Kan bildirib.

Xatırladaq ki, “Bayer” Münhen təmsilçisinin uzun illər ərzindəki ağalığına son verərək, vaxtından əvvəl Bundesliqa çempionu olub. Leverkuzen təmsilçisi hazırda 29 oyuna topladığı 79 xalla zirvədə qərarlaşıbsa, “Bayern” yeni çempionun 16 xal gerisindədir – 63 xalla 2-ci pillə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla