AZ

Makoto Hasebe karyerasını bitirir - 40 yaşında

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun mərkəz müdafiəçisi Makoto Hasebe mövsümün sonunda karyerasını bitirəcək.

Arena.az xəbər verir ki, bu barədə yaponiyalı futbolçu keçirdiyi mətbuat konfransında açıqlama verib.

O, bu qərar haqda diqqətlə düşündüyünü bildirib: “Mən bu qərar haqqında diqqətlə düşünmüşəm. Fikirləşirəm ki, indi doğru vaxtdır”.

Xatırladaq ki, Hasebe 2014-cü ilin iyul ayından “Ayntraxt”da çıxış edir. O vaxtdan bəri müdafiəçi bu komandanın heyətində 303 rəsmi oyun keçirib, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

40 yaşlı yapon futbolçunun klub səviyyəsində 700-ə yaxın rəsmi oyunu var. O, “Ayntraxt”dan əvvəl “Urava Red Daymonds” (215 oyun, 24 qol, 17 assist), “Volfsburq” (159 oyun, 6 qol, 19 assist) və “Nürnberq” (14 oyun, 1 məhsuldar ötürmə) kimi klubların da şərəfini qoruyub.

Makoto Hasebe 2006-cı ilin fevral ayında debüt etdiyi Yaponiya millisinin heyətində 114 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
62
36
Mənbələr
Şərh ()
Bağla