AZ

"Müharibə və böhranlar qızılın qiymətini artırır" - Natiq Cəfərli

“Dünya bazarında qızıl bahalaşır. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0.06 faiz bahalaşaraq 2,374.10 ABŞ dollarına bərabər olub. Qızılın qiymətindəki artım yaxşı əlamət deyil. Qızıl güvənli olduğundan yatırımçılar ciddi böhran təhlükəsi yaxınlaşanda vəsaitlərini daha çox qızılda qorumağa çalışırlar. Onun qiyməti hər zaman irimiqyaslı şoklardan, böhrandan əvvəl qalxır”.

Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, müharibələr, böhranlar ənənəvi olaraq bu aktivə tələbi və qiymətləri artırır:

"Qiymət piklərinin yeganə obyektiv iqtisadi səbəbi Amerika Mərkəzi Bankının yenidən faiz dərəcəsini aşağı salmağa başlayacağı gözləntisidir. Çünki bu, ucuz və uzunmüddətli pulların meydana çıxması deməkdir. İnvestisiya tələbinin və qızılın qiymətinin kəskin artması geosiyasi və iqtisadi risklərin artması ilə bağlıdır. Yüksək qiymət artımı ilə qızıl bazarı müharibə gözləntilərinə, ən əsası isə irimiqyaslı maliyyə və iqtisadi şoklara reaksiya verir”.

Sevinc,
BakuPost
Seçilən
69
Mənbələr
Şərh ()
Bağla