AZ

Hərbi kabinet son qərarını verdi – İrandan belə qisas alınacaq

İsrail ordusu İranın hava hücumuna cavabın vaxtı yox, hansı cavab tədbirinin seçiləcəyi ilə bağlı qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumatlı mənbələrə istinadla yazır.

Nəşr bildirir ki, İsrail hökuməti və hərbi kabineti İranın birbaşa hücumlarına mümkün cavabın necə olacağına dair qərar verib, bu yöndəki hazırlıq bitib. Mənbələrə görə, Təl-Əviv İran və bölgədəki proksilərinə necə cavab verəcəyinə qərar verib, amma bunun vaxtı hələ dəqiq deyil.

Həmçinin qeyd olunur ki, qisas forması ilə bağlı hazırkı qərar və vaxt da dəyişə bilər.

İsrail Baş Qərargah rəisi Herzi Halevinin aprelin 22-30-u arasında qeyd olunacaq bayram boyunca vətəndaşların normal həyatlarını təmin edəcəklərinə dair açıqlaması qisas vaxtının çox yaxında olmaması kimi şərh edilir.

Məqalədə cavabın necə olacağı ilə bağlı təfərrüatlar yer almayıb. Bununla belə, İsrail ordusu aprelin 15-də qisasla bağlı Hərbi Nazirlər Kabinetinə bir çox variant təqdim edib. Bunların arasında raket və ya hava hücumundan çox İrana “ölçülü hücum” deyilən kiberhücum variantı önə çıxır. “Orta şiddətli” hücum kimi, kiberhücuma əlavə olaraq, hərbi baza və ya obyektlərə hücum variantı nəzərdən keçirilir. “Hərtərəfli hücum” kimi, kiberhücuma əlavə olaraq, İran daxilində hərbi bazalar və obyektlər də daxil olmaqla, bir çox strateji nöqtələrə hücum variantı müzakirə olunur.

Digər tərəfdən, son zamanlar Livan sərhədində hücum və fəaliyyətlərini artıran İsrailin İranla yanaşı, “Hizbullah” terror təşkilatına qarşı tədbir görəcəyi də vurğulanır.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
87
Mənbələr
Şərh ()
Bağla