AZ

Qucaqlaşmaq ağrıları azaldır - MARAQLI ARAŞDIRMA

Elm adamları çox maraqlı bir araşdırma aparıblar.

Hit.az xəbər verir ki, araşdırma zamanı qucaqlaşmağın ağrıları və depresiyanı azaltdığı ortaya çıxıb.

Toxunma duyğusunun bunda müstəsna rol oynadığı vurğulanıb. Bildirilib ki, qucaqlaşmağın sözügedən ağrıları azaltdığı elmi cəhətdən sübut olunub. 

Tədqiqat göstərir ki, toxunma böyüklərdə və uşaqlarda ağrını, depressiyanı və narahatlığı azaltmaq, eləcə də yeni doğulmuş körpələrdə çəki artımını artırmaq üçün optimaldır.

Bundan başqa, qucaqlaşmağın həm sağlam, həm də xəstə insanlara müsbət təsir göstərdiyi qeyd olunub. Yetişkinlərin çox qucaqlaşmasının daha faydalı olduğu diqqətə çatdırılıb.  Elm adamlarının sözlərinə görə, bu, bir çox xəstəliklərin müalicəsi zamanı da olduqca effektivdir.

Pərviz

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla