AZ

Millimizin baş məşqçisi ittihamlara cavab verdi!

Aprelin 24-dən mayın 2-dək Monteneqroda təlim-məşq toplanışında olacaq minifutbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Baş məqşçi Elşad Quliyev yığmaya 20 oyunçu cəlb edib.

Heyətdəki futbolçuların tam yarısının “Zirə”dən olması, minifutbol həvəskarlarının narazılığına səbəb olub.

Onlar sosial şəbəkələrdə yazdıqları şərhlərlə Elşad Quliyevi baş məşqçisi olduğu komandadan daha çox oyunçuya dəvət göndərməsinə görə qınayıb, pley-offda “Aznur”a ümumi hesabda 0:6 hesabı ilə uduzan zirəlilərin millidə bu qədər yeri haqq etmədiyini yazıblar.

Millinin baş məşqçisi Sportinfo.az-a açıqlamasında narazılıqlara cavab verib:

“Zirə” milli komandanın bazası hesab olunur. Heyətdəki futbolçuların böyük əksəriyyəti Avropa çempionu olub, dünya çempionatında iştirak edib. Belədə, daha çox oyunçuya dəvət göndərməyimiz normaldır.

O ki qaldı “Zirə”nin yarımfinala yüksələ bilməməsinə, bu komanda çempionatdakı 15 oyunun hamısını qələbə ilə başa vurub. Sadəcə, pley-offdakı diqqətsizlik “Aznur”a məğlubiyyətlə sonuclandı.

Yığma komandaya cəlb olunan oyunçuların hər biri mövsümboyu izlənilib, çıxışı diqqətdə saxlanılıb.

Milliyə hazır olanlar cəlb olunub. Zədəli və səfərə yollanmaq imkanı olmayan oyunçuları nəzərə almasaq, kiminsə kənarda qaldığını düşünmürəm.

İkinci liqada əlavə 1-2 namizəd də var. Onlar klubları ilə öncədən razılığa gəldikləri üçün milli komandaya qoşula bilmədilər. Layiq olan oyunçuların 99 faizi yığmaya dəvət olunub”.

HƏBİB

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla