AZ

Cud Bellingem: “Bu qədər çox qol vuracağımı gözləmirdim”

“Real”ın ingilis yarımmüdafiəçisi Cud Bellingem İspaniyadakı ilk mövsümündə bu qədər çox qol vuracağını gözləmədiyini etiraf edib.

Arena.az ingilis futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Mən tənqidlərə əhəmiyyət vermirəm. Bu qədər qol vuracağımı gözləmirdim, amma təbii ki, indi getdikcə daha çox qol vurmaq istəyirəm”, deyə Bellingem vurğulayıb.

Bellingem ötən yay İngiltərənin “Mançester Siti” klubunun ona olan marağı haqda da danışıb:

“Dortmund “Borussiya”sında oynayanda bir çox klublarla danışmışdım. Ailəmlə məsləhətləşmişdim, çünki mövsümün ortasında bu qədər məlumatı bir anda emal etmək çətin idi. Ancaq “Real” məni çağıranda iki dəfə düşünmədim. Ona görə burdayam”.

Xatırladaq ki, Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

İngilis futbolçunun Madrid klubundakı çıxışı elə ilk mövsümündən uğurlu alınıb. Cari mövsümdə Bellingem “Real”ın heəytində bütün yarışlarda 34 oyuna çıxıb, 20 qol vurub, 10 məhsuldar ötürmə verib.

Cud Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 29 oyun keçirib, 3 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla