AZ

“Time” Yuliya Navalnayanı “Ən nüfuzlu 100 adam” siyahısına saldı


Rusiya müxalifətinin mərhum lideri Aleksey Navalnının yoldaşı Yuliya Navalnaya Amerikanın “Time” jurnalının versiyasına görə dünyanın “Ən nüfuzlu 100 adamı” siyahısına daxil edilib.
Yeniavaz.com
xəbər verir ki, Navalnayanın “Time” siyahısına daxil edilməsinə həsr olunmuş mətni ABŞ-nin vitse-prezidenti Kamala Harris yazıb.
Harris ərinin ölüm xəbərindən az sonra Münhen Təhlükəsizlik Konfransında çıxış edən Navalnayanı xatırlayaraq, onun Rusiya hakimiyyətinin yalanlarını və qəddarlığını böyük cəsarətlə qınadığını yazıb.
Xatırkadaq ki, fevralın 19-da, Aleksey Navalnının ölümündən üç gün sonra Yuliya Navalnaya ərinin işini davam etdirəcəyini söylədiyi bir video paylaşıb. O, həmçinin Rusiya Prezidenti Vladimir Putini Aleksey Navalnını öldürməkdə ittiham edib.
Seçilən
164
8
Mənbələr
Şərh ()
Bağla