AZ

Bu ölkədə 2009-cu ildən sonra doğulanlara ömür boyu siqaret satılmayacaq

Böyük Britaniya parlamenti gələcək nəslin ömürlük siqaretdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, qərara əsasən, 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan ediləcək. Bu il 15 yaşı tamam olan uşaqlar ömürlərinin sonuna qədər siqaret ala bilməyəcəklər.

Qanun siqareti deyil, siqaret məhsullarının satışını qadağan edir.

Qeyd edək ki, İngiltərədə uzun müddətli siqaret istifadəçilərin təxminən üçdə ikisi ölür ki bu da ildə 80 min ölüm deməkdir.

Demək olar ki, hər dəqiqə bir insan infarkt, insult və ağciyər xərçəngi kimi siqaretlə əlaqəli səbəblərdən xəstəxanaya yerləşdirilir.

Böyük Britaniyanın səhiyyə naziri Viktoriya Atkins qanunun minlərlə insanın həyatını xilas edəcəyini və səhiyyə sisteminə təzyiqi azaldacağını bildirib.

Qanunla ərazidə yoxlamalar həyata keçiriləcək və uşaqlara tütün və ya elektron siqaret satdığı aşkarlanan obyektlər 100 funt sterlinq cərimələnəcək.

Bu cərimələrdən əldə edilən gəlir qanunun funksionallığının gücləndirilməsinə sərf olunacaq. Qanun həmçinin elektron siqaretlərinin cəlbediciliyini azaltmaq məqsədi daşıyır.

Billurə Yunus

 

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla