AZ

Aprel görüşünün gizlinləri: ABŞ Ermənistanı niyə silahlandırır? (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

ABŞ Ermənistanın KTMT-nin Birgə Hava Hücumundan Müdafiəsisteminə inteqrasiyasını nəzərə alaraq, hava qüvvələrinin və havahücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçünErmənistana analitik qruplar göndərəcək. Bu gün regiondaErmənistanla Azərbaycan arasında həssas sülh prosesinin getdiyi birdönəmdə ABŞ-nin birtərəfli qaydada Ermənistana hərbi dəstəyimüxtəlif suallar doğurur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı MahirAbbaszadə bildirib ki, son vaxtlar kənar dövlətlərin, xüsusiləABŞ-nin, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaza müdaxiləsini,Ermənistanla münasaibətləri birtərəfli qaydada dərinləşdirilməsinimüşahidə edirik və bu çox böyük təəssüf hissi doğurur.

“Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonraErmənistanla Azərbaycan arasında kövrək də olsa sülh işartılarıvar. Amma çox təsüflər olsun ki, özlərini super dövlətlər elan edənABŞ və Avropa İttifaqının bəzi dövlətlər sülh prosesinə dəstəkvermək əvəzinə, Ermənistan tərəfini birtərfli qaydadasilahlandırmaqda davam edirlər”, - deyə deputat əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Seçilən
70
3
Mənbələr
Şərh ()
Bağla