AZ

Bellinqem: "Real"dan zəng gələndə iki dəfə düşünmədim"

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem kluba keçidini xatırlayıb.

Bizim.Media AS-a istinadən xəbər verir ki, ötən yay "Mançester Siti" də 21 yaşlı futbolçu ilə maraqlansa da, o, Madrid təmsilçisini seçib.

Bellinqem özü bu haqda danışıb. O, "kral klubu"nun təklifini dərhal qəbul etdiyini deyib: 

“Borussiya”da oynayanda bir çox klublarla danışdım, ailəmlə məsləhətləşdim. Çünki seçim etmək çətin idi. Ancaq "Real"dan mənə zəng gələndə iki dəfə düşünmədim. Elə ona görə də mən buradayam”.
Xatırladaq ki, Bellinqhem bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 20 qol vurub və 10 qolun ötürməsini verib.

Bizim.Media

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla