AZ

Tobol çayında suyun səviyyəsi 72 sm qalxıb

Kurqan şəhər administrasiyası bildirib ki, çərşənbə günü saat 20.00-a  Tobol çayında suyun səviyyəsi səhər saatlarında 72 santimetr artaraq 937 santimetrə çatıb.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Ural Hidrometeorologiya Mərkəzinin proqnozuna görə, çayda suyun səviyyəsinin qalxması aprelin 18-dək davam edəcək. Suyun səviyyəsi “təhlükəli fenomen” həddini (850 santimetr) keçib.

 

Bundan əvvəl Kurqan vilayətinin qubernatoru Vadim Şumkov Rusiya prezidenti Vladimir Putinin hökumətlə görüşündə bildirib ki, Rusiyada daça amnistiyasını məhdudlaşdırmaq və regionda daşqın xəritəsi yaratmaq lazımdır.

 

Kurqan qubernatoru əlavə edib ki, daşqınlara meyilli çayların 3D modelləşdirilməsindən istifadə etməklə Roskosmos peykləri üçün hesablama modelinin yaradılması Rusiya regionlarının bütün inzibati mərkəzləri və digər iri məskunlaşmış ərazilər üçün potensial daşqın zonalarının xəritəsinin yaradılması üçün əsas olacaq.

 

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşündə daşqınların zərərinin qiymətləndirilməsi işinin vaxtında və fasiləsiz təşkil edilməsini tələb edib.

 

Nigar

 

Seçilən
171
13
Mənbələr
Şərh ()
Bağla