AZ

Şəhidlərin əziz xatirəsi futbol meydanında belə yad edildi - FOTOLAR

Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olan qəhrəmanlarımız heç zaman unudulmamalıdır.

Həyatımızın hər bir mərhələsində böyük qürurla onları xatırlamalı və gələcək nəsillərə tanıtmalıyıq.

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 2 saylı məktəbdə keçirilən və şəhidlərimizin əziz xatirəsinə həsr olunan minifutbol turnirinin məqsədi də budur.

16 aprel tarixində start götürən yarışdan əvvəl rəsmi hissə təşkil olunub.

Dövlət himnimiz səslənib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca məktəbin direktoru Səkinə Abbasova çıxışı edib : "Hər kəsi salamlayıram. Şəhid valideynlərini burada görməkdən məmnunam. Belə tədbirlərin olması şəhidlərimizə verilən dəyərdir. Həm də məktəbin şagirdləri qəhrəmanlarımızı tanısın, onlardan nümunə götürsünlər".

Davamında şəhid adlarını daşıyan 12 komanda meydançaya dəvət edilib.

Aşağı sinif şagirdləri qəhrəmanlıq mövzusunda şeirlər səsləndiriblər.

Şəhidlərimizin valideynlərinə də söz verilib. Hər biri tədbirin təşkilatçılarına təşəkkür edib və belə yarışların onlar üçün böyük təsəlli olmasını dilə gətiriblər.

Qonaqlar arasında "Sabah" futbol klubunun nümayəndəsi Rəşid Məmmədov da yer alıb.

O, çıxışında belə bir turnirdə olmağın onlara xoş olduğunu dilə gətirib və klubun hədiyyələrini komandaların futbolçularına təqdim edib.

Bununla da rəsmi hissə başa çatıb, meydan futbolçulara verilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla