AZ

"Astana sülh danışıqları üçün platforma ola bilər" - Açıqlama


Xəbər verdiyimiz kim, Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev Ermənistanda səfərdə olub. Ermənistanın Baş naziri Nikol Paşinyanla İrəvandakı birgə bəyanatda Tokayev Azərbayca-Ermənistan sülh danışıqları barədə maraqlı təkliflə çıxış edib. Tokayev bildirib ki, rəsmi Astana Azrbaycan-Ermənistan sülh danışıqları üçün platforma ola bilər:

“Qazaxıstan İrəvan və Bakıya maksimum kömək göstərməyə, hər iki ölkə üçün danışıqlar platforması təklif etməyə və xoşməramlı missiyanı yerinə yetirməyə hazırdır. Biz İrəvan və Bakının sülh sazişi imzalamaq istəyini alqışlayırıq. Əsas məqsədimiz iki dost ölkəmizin mövqelərini bir araya gətirmək, regionda sabit və dinc inkişaf üçün kommunikasiyaların açılmasını təmin etməkdir”.

Tokayevin təklifini şərh edən politoloq Cavid Vəliyev Bakupost.az -a deyib ki, Qazaxıstan liderinin təklifi təqdirəlayiqdir:

“Tokayev İrəvanda Astananın mövqeyini açıqlamaqla sülh prosesinə dəstək verdiklərini nümayiş etdirib. Amma Ermənistan hakim dairələri Qərbin dedikləri ilə oturub-durur. Çox güman ki, Qazaxıstanın təklifinə Qərbin yanaşması necədirsə, İrəvan da o yanaşmanı sərgiləyəcək. Fikrimcə, Azərbaycan danışıqların Astanada aparılmasına etiraz etməz. Təbii ki, Bakının əsas təklifi ikitərəfli danışıqlardır, amma Qazaxıstanın təklifinə də baxmaq olar”.

Politoloq vurğulayıb ki, Azərbaycanın açıq mövqeyi var ki, sülh danışıqları Bakı ilə İrəvan arasında ikitərəfli qaydada aparılsa, daha məqsədəuyğundur. Bu, sülh prosesinə daha effektiv təsir göstərər. İkitərəfli danışıqların faydalarını da gördük:

“Təbii ki, Bakının əsas təklifi ikitərəfli danışıqlardır, amma Qazaxıstanın təklifinə də baxmaq olar”.

Sevinc
BakuPost
Seçilən
61
Mənbələr
Şərh ()
Bağla