AZ

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız evə qayıdıb - FOTO

20 oktyabr 2010-cu ildə heç bir iz buraxmadan yoxa çıxan 14 yaşlı Cessika Delqadillo gözlənilmədən evə qayıdıb. Onun hekayəsi bir vaxtlar Amarillo şəhəri (Texas, ABŞ) üçün əsl şok olmuşdu. 

 

Sfera.az bildirir ki, 2010-cu ildə 14 yaşı olan Cessika Delqadillo birdən-birə yoxa çıxıb. 


Uzun illər Cessika Delqadillonun işi açılmamış qalıb.

 

Qız məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər qızlarının yoxa çıxması barədə dərhal polisə məlumat versələr də, axtarışlar heç bir nəticə verməyib. Daha sonra polis məktəbli qızın başına nə gəldiyi ilə bağlı heç bir ipucu və hadisədə cinayət əlamətləri olmadığını bildirib. 

 

İllərlə Cessika Delqadillonun işi açılmamış olaraq qalıb. 2023-cü ildə Amarillo Polisi İtkin düşən və İstismar Edilən Uşaqlar üçün Milli Mərkəzdən (NCEMC) kömək istəyib. Təşkilatın iki müstəntiqi bu iş üzrə məlumatların yenilənməsi üçün fəal işə başlayıb, həmçinin sosial şəbəkələrdə məlumat yayıb.


Nəhayət, bir gün polis şöbəsinə özünü Cessika Delqadillo kimi təqdim edən bir qadın zəng vurub. Dərhal ondan DNT nümunələri götürülüb və müayinə üçün Şimali Texas Universitetinə göndərilib. Test nəticələri bunun həqiqətən itkin qız Cessika olduğunu təsdiqləyib.

 

Polisin məlumatına görə, amerikalı qız bütün bu illər ərzində itkin düşməsinin təfərrüatlarının və harada olmasının açıqlanmamasını istəyib.

 

Aysel

Sfera.az

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla