AZ

Zelenskinin Qərbə çağırışı: “İsrail üçün göstərdiyiniz birliyi bizə də göstərin”

Ukrayna Prezidenti Volodimir Zelenski İsrailə göstərilən dəstəyin onun ölkəsinə də göstərilməsini tələb edib.
 

Sfera.az xəbər verir ki, Telegram hesabında verdiyi açıqlamada Zelenski beynəlxalq ictimaiyyətdən Rusiyaya qarşı "birlik nümayiş etdirməyi və Ukraynaya daha güclü dəstək verməyi" istəyib.
 

Ukrayna lideri açıqlamasında deyib: “Azad dünya İsraili müdafiə etməklə sübut etdi ki, belə birlik nəinki mümkün, həm də 100 faiz effektivdir”.
 

Zelenski müttəfiq ölkələrdən “siyasi iradə” nümayiş etdirmələrini istəyib və “ İsrail kimi NATO üzvü olmayan Ukraynanı da terrordan qorumaq mümkündür” deyib.

İnci
Sfera.az

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla