AZ

Bakıda polislərin gözü qarşısında təhlükəli manevrlər edən “Porsche” sürücüsü barədə AÇIQLAMA - ANBAAN VİDEO

Yol polisinə tabe olmayan sürücü barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli BAKU.WS-ə açıqlamasında bildirib ki, yol polislərinin keçirdiyi əməliyyat nəticəsində "Porsche" markalı, 77-AN-705 nəqliyyat vasitəsi saxlanılıb.

“Hazırda "Porsche" markalı, 77-AN-705 nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib, - deyə qurum rəsmisi əlavə edib.

Qeyd edək ki, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol polisi tərəfindən 77-AN-705 dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı avtomobilə “saxla” əmri verilməsinə baxmayaraq, sürücü YPX əməkdaşlarına tabe olmayıb.

O, avtomobili piyada üçün nəzərdə turulmuş səkinin üzərinə çıxarıb və təhlükəli manevrlər edərək yol polisindən qaçmağa çalışıb.

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla