AZ

“İran yeganə yəhudi dövlətini yer üzündən silmək istəyir” – Bayden

ABŞ prezidenti Co Bayden Konqresi onun İsrail və Ukraynaya yardım tələbini təsdiqləməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, “Wall Street Journal” nəşrinə verdiyi müsahibədə danışıb.

Amerika prezidenti Ukrayna ordusunun bütün cəbhə xətti boyunca Rusiyanın hücumunu necə dəf etdiyini deyib. O, həmçinin İsrailin müttəfiqləri ilə birlikdə keçən həftə sonu İrandan iri raket və pilotsuz təyyarə hücumunun qarşısını aldığını vurğulayıb.

“Həm Ukrayna, həm də İsrail onları məhv etməyə çalışan mənfur düşmənlərin hücumu altındadır. Putin Ukrayna xalqını özünə tabe etmək və onları yeni Rusiya imperiyasına birlışdirmək istəyir. İran hökuməti İsraili əbədi olaraq məhv etmək, dünyanın yeganə yəhudi dövlətini yer üzündən silmək istəyir”, – deyə Bayden bildirib.

Onun fikrincə, ABŞ bunu qəbul etməməlidir, çünki özünün də təhlükəsizliyimiz təhlükə altına düşür:

“Rusiya qalib gəlsə, Putinin qoşunları NATO müttəfiqlərimizə həmişəkindən daha çox yaxınlaşacaq… Putinin NATO müttəfiqlərimizə müdaxiləsini dayandırmaq və Amerika qoşunlarını gələcək müharibəyə sürükləməməsini təmin etmək üçün indi Ukraynaya dəstəyi artırmalıyıq”, – deyə bəyan edib.

Burhan,

KONKRET.az

Seçilən
216
50
Mənbələr
Şərh ()
Bağla