AZ

Bir milyard insana və böyük iqtisadiyyata təhlükə yaranıb - Xəbərdarlıq

Bir

NATO komandanının müavini vitse-admiral Didye Malter Qərbin mühüm dərin dəniz kabellərinin və kəmərlərinin təhlükə altında olduğunu deyib.

Reyting.az
-ın xəbərinə görə, vitse-admiral bildirib ki, yaranmış vəziyyət NATO ölkələrinin bir milyard vətəndaşının təhlükəsizlik məsələsidir.

“Gardian” yazır ki, D. Malter müsahibəsində “Biz qorunmalı və həyati əhəmiyyət daşıyan dənizaltı infrastrukturumuzla yaxşı təmin olunmalıyıq”, - deyib.

Qeyd olunur ki, son bir neçə il ərzində NATO müttəfiqləri dənizaltı infrastruktur ətrafında bir neçə şübhəli fəaliyyət aşkar ediblər.

Vitse-admiralın iddiasına görə, ruslar kabellər, internet kabelləri, boru kəmərləri vasitəsilə Avropa iqtisadiyyatını sarsıtmaq üçün su altında hibrid müharibənin çoxlu vasitələrini hazırlayıblar.

Malter qeyd edib ki, Rusiyanın bəzi nüvə sualtı qayıqları hibrid müharibə məqsədləri üçün tikilib.

Admiral alyans üzvləri arasında artan gərginlik səbəbindən narahatlığını ifadə edib: “Bütün iqtisadiyyatımız su altında və risk altındadır”.



“Business Insider” isə xatırladır ki, ötən ay Moskva Rusiyanın NATO-ya üzv ölkələrin sərhədlərinə nəzarət edən qoşunların sayını artırmağı planlaşdırdığını bildirib. Beləliklə, Rusiya Federasiyası “Soyuq müharibə” ilə oxşar mövqe tutub. Gərginlik səbəbindən NATO ölkələri təqsirkarları müəyyənləşdirmək və sualtı şəbəkələri qorumaq üçün sensorlar, peyklər, müxtəlif sualtı qayıqlar və digər vasitələrdən yararlanaraq yüksək intensivliklə suları skan edir.

Malter bildirib ki, sualtı şəbəkələr hücuma çox həssasdır: “İnternetin 90 faizindən çoxu su altındadır”.

Onun sözlərinə görə, ABŞ, Kanada və Avropa arasındakı bütün əlaqələr su altında olduğu üçün çoxlu zəifliklər var.

Məlumdur ki, şübhəli olduğu ortaya çıxan bu problem fonunda bir sıra insidentlər sualtı infrastrukturla bağlıdır. Nəşr diqqəti cəlb edən xüsusi hadisənin 2022-ci ilin sentyabrında Rusiya Federasiyası ilə Almaniya arasında “Şimal axını” qaz kəmərinə dəymiş ziyan olduğunu bildirib. Qərb rəsmiləri Rusiyanı ittiham etsələr də, ölkənin bu işdə iştirakını sübut edəcək dəlillərə malik deyildilər.

Xatırladaq ki, NATO rəsmiləri belə hadisələrlə bağlı narahatlıqlarını uzun müddətdir ifadə edirlər. Keçən il NATO Baş katibinin kəşfiyyat və təhlükəsizlik üzrə köməkçisi jurnalistlərə demişdi ki, Rusiyanın Qərbin həyatını pozmaq və Ukraynanı təmin edən ölkələr üzərində təsir rıçaqları əldə etmək üçün dənizaltı kabelləri və digər kritik infrastrukturu hədəfə ala biləcəyi ilə bağlı narahatlıqlar artır.

Onu da qeyd edək ki, Böyük Britaniya hərbçiləri “Hibrid müharibə” iddiasının qəsdən ortaya atıldığını deyirlər. Birləşmiş Krallığın generallarının iddiasına görə, D. Malter “sualtı hibrid müharibə” təhlükəsi ilə Avropanı təhdid edir.

Y. QACAR
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla