AZ

Nəcisdə gizli qan analizi–Ən vacib müayinə

Nəcisdə gizli qan analizi bağırsaqda qan olub-olmamasını müəyyənləşdirmək üçün qızıl standartdır. Bəs bağırsaqda qan niyə ola bilər?


“Medicina” xəbər verir ki, qastroenteroloq Lyudmila Soloniçskaya bu analizin kimlərə vacib olduğunu açıqlayıb:


“Bu analiz mədə-bağırsaq traktında gizli gedən qanaxma, şiş, polip, xoranın aşkara çıxarılması üçün vacibdir


Məhz nəcisdə qan bağırsaq xərçənginin erkən mərhələdə aşkarlanması, tez müalicə olunması şansı yaradır.

Kolorektal xərçəng zamanı gizli qan yoğun və duz bağırsağın iri polipi və ya şişini göstərir.

Nəcisdə qan mədə yarasından tutmuş bağırsaq iltihabı kimi xəstəliklərdə ola bilər.


Qreqersen metodu ilə reaksiya nəyi göstərir?

-Eroziv qastroduodenit
-Xora
-Mədə-bağırsaq şişləri, polipləri
-Divertikul
-Varikoz

-Babasil
-Bağırsaq infeksiyaları
-Kron kolit xəstəliyi

Aygün M

Seçilən
40
18
Mənbələr
Şərh ()
Bağla