AZ

Qurban Qurbanov “Beşiktaş”a gedir? - Rəsmi açıqlama

Bir neçə gün öncə Fernando Santosla yollarını ayıran “Beşiktaş”ın adı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilə birgə hallanır.

Arena.az xəbər verir ki, bu barədə həm Azərbaycan, həm də Türkiyə mətbuatında müxtəlif xəbərlər yayılmaqdadır.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Türkiyənin “Fanatik” qəzetinə açıqlamasında iddialara cavab verib. O, bu xəbərlərin heç bir əsasının olmadığını vurğulayıb:

“Məşqçimizin “Beşiktaş” komandasının çalışdırıcısı olacağı ilə bağlı xəbərlər davamlı olaraq Azərbaycan mətbuatında da dərc olunur. Klubumuzda bu məsələ ilə bağlı rəsmi və ya qeyri-rəsmi məlumat yoxdur. Bu xəbərlər əsassızdır. Bu yaxınlarda keçirdiyimiz mətbuat konfransında baş məşqçimiz karyerasını “Qarabağ”da davam etdirmək arzusunda olduğunu bildirib”.

Xatırladaq ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ı çalışdırır. 51 yaşlı mütəxəssis Ağdam klubu ilə 11-ci çempionluğunu bu mövsümün bitiminə 8 tur qalmış rəsmiləşdirib. Qurbanov eybi zamanda 2006–2007-ci illərdə “Neftçi”yə rəhbərlik edib, 2017–2018-ci illərdə isə Azərbaycan milli komandasına rəhbərlik edib.

“Beşiktaş” cari mövsümdə uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Bu üzdən İstanbul klubu mövsümün əvvəlindən bəri beş məşqçi ilə vidalaşmaq məcburiyyətində qalıb. Mövsümə Şenol Günəşlə (343 gün) başlamış “qara qartallar”a ardıcıllıqla Burak Yılmaz (31 gün), Rıza Çalımbay (41 gün), Sərdar Torpaktepe (20 gün), Fernando Santos (97 gün) da rəhbə edib. Portuqaliyalı mütəxəsissin istefasından sonra komandanı bu mövsümün sonuna kimi yenidən Sərdar Torpaktepenin çalışdıracağı açıqlanıb. Klub yeni baş məşqçi axtarışını davam etdirir.

Bahar Rüstəmzadə

Seçilən
167
50
Mənbələr
Şərh ()
Bağla