AZ

Almaniya NATO-nu  təcili tədbirlər görməyə çağırıb

Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Bärbock və Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-ya üzv ölkələrə açıq məktub yazaraq, onları Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək üçün təcili tədbirlər görməyə çağırıblar.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə “Der Tagesspiegel” məlumat yayıb.

 

Məktubda alman nazirlər Şimali Atlantika Alyansı ölkələrinin hələ də öz töhfələrini verə biləcəyini  qeyd  edirlər.

 

 

Burbok və Pistorius Ukrayna tərəfini “Patriot”, “İris-T”, “Skynex” hava hücumundan müdafiə sistemləri, “Gepard” özüyeriyən zenit silahları ilə təchiz etmək üçün yeni koalisiyanın yaradılmasının zəruri olduğunu da qeyd ediblər.

 

Bundan əvvəl Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra iki il ərzində Aİ ölkələrinin müdafiə büdcələri 20% artıb.

 

Bundan əlavə, o, səmərəliliyini artırmaq üçün Avropa İttifaqı ölkələrinin hərbi sənayesini AK-nin yurisdiksiyası altında birləşdirməyə çağırıb.

 

Miri

 

Seçilən
206
19
Mənbələr
Şərh ()
Bağla