AZ

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib

Bakı. Trend:

Aprelin 17-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovunrəhbərliyi ilə “Elektrik mühərrikli nəqliyyat vasitələrindənistifadənin təşviq edilməsi haqqında” Azərbaycan RespublikasıPrezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamından irəli gələntədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Baş naziriclası açaraq “Elektrik mühərrikli nəqliyyat vasitələrindənistifadənin təşviq edilməsi haqqında” Azərbaycan RespublikasıPrezidentinin Sərəncamından irəli gələn tədbirlər, onlarınicrasının gedişi və qarşıda duran vəzifələr barədə məlumatverib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və energetikanazirinin müavini Samir Vəliyev məruzələrlə çıxış ediblər.

İclasda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadəninvə elektrik enerjisi doldurma məntəqələrinin - EDM əhatə dairəsiningenişləndirilməsi, bu sahədə zəruri infrastrukturun yaradılması,onların dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsitədbirlərinin görülməsi, habelə bu işlərə sahibkarlıqsubyektlərinin cəlb olunması məqsədilə normativ hüquqi aktlarıntəkmilləşdirilməsi və digər zəruri məsələlər barədə müzakirələraparılıb.

İclasın yekununda qarşıda duran vəzifələr istiqamətində irəlisürülən təkliflər nəzərə alınmaqla aidiyyəti qurumlara müvafiqtapşırıqlar verilib.

Seçilən
56
13
Mənbələr
Şərh ()
Bağla