AZ

Tatarıstanda Tu-22 və Tu-160 istehsal edilən zavoda PUA hücumu


Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin pilotsuz uçuş aparatları  aprelin 17-də səhər saatlarında hərbi təyyarələr, o cümlədən Tu-22M və Tu-160M ​​bombardmançıları istehsal edən və təmir edən S.P.Qorbunov adına Kazan Aviasiya Zavoduna hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RBC-Ukrayna”ya ölkənin xüsusi xidmət orqanlarındakı mənbələri məlumat verib.
Bildirilir ki, zavodda partlayışlar səhər saat 10 radələrində baş verib. Bu zaman yerli teleqram kanalları zavodun ərazisində hava hücumu sireninin işə salındığını, Kazan Helikopter Zavodu və Kazan Aviasiya Zavodunun işçilərinin təxliyəsi barədə məlumat verib.
“Diqqət, xəbərlər” telegram kanalı Nijnekamsk və Kazandakı “Taneco” və “Sibur” şirkətlərinin neft emalı zavodlarının işçilərinin təxliyəsi barədə məlumat yayıb.
Tezliklə Federal Hava Nəqliyyatı Agentliyinin teleqram kanalında Tatarıstanda və Nijni Novqorod vilayətində hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğu barədə xəbər yayılıb. Belə ki, Kazan hava limanları saat 07:15-dən, Nijni Novqorod hava limanı isə saat 07:45-dən təyyarələri qəbul etməyib və yola salmayıb. Günorta bütün məhdudiyyətlər aradan qaldırılıb.
Seçilən
84
Mənbələr
Şərh ()
Bağla