NATO-ya üzv ölkələrdə Ukraynaya vermək üçün kifayət qədər hava hücumundan müdafiə sistemləri var.
Azpost.info xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“Reallıq ondan ibarətdir ki, bizdə sistemlər mövcuddur. Hava hücumundan müdafiə sistemləri və “Patriot”lardan söhbət gedirsə, Ukraynanı təmin etmək üçün kifayət qədər sistem var”, – o deyib.
Azpost.info