AZ

Orban Avropa İttifaqının rəhbərliyinin istefasını tələb etdi - "Şantajla məşğuldurlar..."

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqının rəhbərliyi uzun illərdir siyasi şantajla məşğuldur və indi istefa verməlidir.

Redaktor.az xəbər verir ki, Orban mövqeyini "X" sosial şəbəkəsində yayımlanan mətbuat konfransında səsləndirib.

“İndi Avropa İttifaqında liderlər yaşıl keçid, davamlılıq siyasəti, miqrasiya, sanksiyalar və hərbi siyasət kimi öz seçdikləri əsas layihələrlə məşğuldurlar və onların hamısı uğursuzluğa düçar olub, Avropa İttifaqının hazırkı rəhbərliyi getməlidir, bizə yeni liderlər lazımdır",- deyə o bildirib.

Macarıstanın baş naziri vurğulayıb ki, Brüssel qanunun aliliyi prinsipindən və “siyasi şantaj” kimi “şərtlər sistemindən” istifadə edir.

Orban Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Aİ-nin miqrasiya və gender siyasətinə görə Macarıstana pul ayırmayacağı ilə bağlı bəyanatını xatırladıb.

Bundan əvvəl Budapeşt  Aİ-nin miqrasiya siyasətini Macarıstanın heç vaxt boyun əyməyəcəyi “dəlilik” adlandırıb və bu sahədə dəyişikliklərə çağırıb.

Sultan AYXAN

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla