AZ

Həddindən artıq su içib öldü

Böyük Britaniyada psixi xəstə çox su içdiyi üçün ölüb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Uiltşir ştatının Malmesberi şəhərindən olan 28 yaşlı Lilian Lukas 2017-ci ildə universiteti bitirdikdən sonra psixi sağlamlıq üzrə tibb bacısı işləyib. 

Məzun olduqdan qısa müddət sonra Lukasa şizofreniya diaqnozu qoyulub. Sentyabrın 5-də vəziyyətinin pisləşməsi ilə əlaqədar Lukasa antipsikotik dərman klozapin təyin edilib.

Lukas əvvəl tibb bacısı işlədiyi üçün bu dərmanın güclü yan təsirləri olduğunu bilirdi. Lukas və atası Paul bu barədə həkimlərə müraciət ediblər. Qadının atasına söz verilib ki, Lukas diqqətlə izlənəcək. Lakin sonradan məlum olub ki, klinikada ciddi kadr çatışmazlığı var və tibb bacıları Lukasın dərmanın yaratdığı ürəkbulanma ilə bağlı şikayətlərinə cavab verməyiblər. Bir müddət sonra o, insult olub.

Məhkəmə ekspertlərinin fikrincə, bu hadisə psixogen polidipsiya nəticəsində yaranan su zəhərlənməsidir. Bu, bəzən şizofreniya xəstələrində, o cümlədən müəyyən dərmanlardan istifadə edərkən baş verən hadisədir. Polidipsiya, yalnız normadan əhəmiyyətli dərəcədə yüksək miqdarda su içdikdə azalan və ya yox olan güclü susuzluqdur.

Qeyd edək ki, Lukasın valideynləri klinikanı məhkəməyə verib. Hazırda məhkəmə prosesi davam edir.

Seçilən
81
3
Mənbələr
Şərh ()
Bağla