AZ

Yaponiyada iki güclü zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahillərindəki Bunqo-suido boğazında 6,4 və 5 bal gücündə iki zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu haqda Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, 6,4 bal gücündə zəlzələ yerli vaxtla saat 23.14-də, 5 bal gücündə isə 23.19-da baş verib.

6,4 bal gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 bal gücündə isə 40 kilometr dərinlikdə qeydə alınıb.

Ehime, Koçi, Oita və Xirosima prefekturalarında hiss olunan zəlzələlərdən sonra sunami xəbərdarlığı verilməyib.

Seçilən
72
3
Mənbələr
Şərh ()
Bağla