AZ

Muxaylo Mudrik 125 min dollarlıq avtomobilini nümayiş etdirdi

Ukrayna yığmasının və “Çelsi”nin vingeri Mixaylo Mudrik sosial şəbəkələrdə, London ətrafında sürdüyü avtomobilinin fotosunu paylaşıb.

Arena.az məlumat verir ki, fotoda ən yeni alman idman krossoveri “Audi” SQ8 əks edilib.

Belə bir avtomobilin qiyməti təxminən 125 min dollar məbləğində qiymətləndirilir.

Xatırladaq ki, Mixaylo Mudrik Donetsk “Şaxtyor”unun yetirməsidir. Ukraynalı vinger karyerası ərzində Kiyev “Arsenal”ı və “Desna”da icarə əsasında oynayıb, 2023-cü ilin yanvarında isə 70 milyon avro müqabilində “Şaxtyor”dan “Çelsi”yə keçib.

Cari mövsümdə Mudrik “zadəganlar”ın heyətində 34 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə verib. O, “Çelsi”də bütövlükdə 51 matça çıxıb, 6 qol və 4 assistlə yadda qalıb.

Mudirikin qənimətlər muzeyində “Şaxtyor”la qazandığı Ukrayna çempionluğu və Ukrayna Kuboku var.

Mixaylo Mudrik 2022-ci ilin iyununda debüt etdiyi Ukrayna yığmasının heyətində 18 oyuna 2 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 23 yaşlı ukraynalı vingerin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla