AZ

Keçmiş kəşfiyyatçı ABŞ-nin sirrini açdı: "Yaxın gələcəkdə ABŞ Ukraynadan tamamilə imtina edəcək"

“Reporterfy Media & Travel” YouTube kanalına müsahibəsində Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Scott Ritter bildirib ki, ABŞ hökuməti Ukraynadan Rusiyaya qarşı bir alət kimi istifadə edib, lakin indi ondan əl çəkməyə hazırdır.

Redaktor.az bu barədə prazda.ru-ya istinadən  xəbər verir.

"Biz onlardan Rusiyanı zəiflətmək məqsədilə daha qlobal siyasət həyata keçirmək üçün alət kimi istifadə edirik. Digər ölkələrlə etdiyimiz kimi, biz də ukraynalılar qırılana qədər istifadə edib sonra anidən ondan imtina edəcəyik. İndi biz bu vəziyyətdəyik. məhv edilmiş Ukraynanın necə qurtulduğunu izləmək prosesidir”,- S. Ritter qeyd edib.

Onun sözlərinə görə, Qərb lap əvvəldən Ukraynanı çaşdırıb: nə Avropa Birliyi, nə də NATO onu qəbul etməyi planlaşdırmayıb.

Ritterin fikrincə, ABŞ-ın məqsədi bu keçmiş sovet respublikasına qalib gəlmək və sonradan Rusiyaya qarşı istifadə etmək idi.

Artıq Qərb mediası ABŞ və Aİ-nin Ukrayna böhranından yorulduğunu və Kiyev rejiminə dəstəyin azaldığını deməyə başlayıb. NBC telekanalının məlumatına görə, Amerika və Avropa rəsmiləri artıq Ukrayna hakimiyyəti ilə Rusiya ilə sülh danışıqlarının mümkün nəticələrini, o cümlədən Ukraynadan mümkün güzəştləri müzakirə edirlər.

Sultan AYXAN

Seçilən
105
50
Mənbələr
Şərh ()
Bağla