AZ

Ukrayna dronları Rusiyadakı təyyarə zavoduna hücum edib

Ukrayna

Bu gün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) pilotsuz təyyarələri Tatarıstanın Kazan şəhərindəyerləşən “Tu-22M” və “Tu-160M” bombardmançı təyyarələri istehsal və təmir zavoduna hücum edib.

Reyting.az
xəbər verir ki, Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələr faktı ölkə mediasına təsdiqləyib.

Bildirilir ki, səhər saat 10 radələrində təyyarə zavodunun ərazisində partlayışlar baş verib. Partlayışlardan əvvəl Kazan aviasiya zavodunun ərazisində hava hücumu sirenası səslənib. Eyni zamanda, müəssisənin ərazisindən şəxsi heyətin köçürülməsinə başlanılıb.

Hücum zamanı Kazan, Nijnekamsk və Nijni Novqorodda hava limanları bağlanıb.

Xatırladaq ki, aprelin 2-də də pilotsuz təyyarələr Tatarıstana hücum etmişdi. Bu hücum Ukraynanın 1200 kilometrdən çox məsafə qət edə bilən dronlara malik olduğunu nümayiş etdirib.

Onu da qeyd edək ki, “Şahed” model PUA-ların istehsalı və yığılması zavodunun yerləşdiyi Alabuqa xüsusi iqtisadi zonası, eləcə də Rusiyanın Nijnekamskdakı neft emalı zavodu hücuma məruz qalıb.

ELÇİN
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla