AZ

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunublar.

Həmin görüntüləri təqdim edirik:

Əzizə İsmayılova

Seçilən
61
8
Mənbələr
Şərh ()
Bağla