AZ

Almaniya prezidenti İmamoğlu və CHP lideri ilə görüşəcək

Almaniya prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyədə rəsmi səfərdə olacaq. 

Ölkə.Az xəbər verir ki, Almaniya tərəfdən verilən açıqlamada Frank-Valter Ştaynmayerin prezident kimi Türkiyəyə ilk səfəri zamanı İstanbula, Qaziantepə, oradan da Ankaraya gedəcək.

Ştaynmayerin ilk dayanacağı İstanbul olacaq. Burada Ştaynmayer İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə görüşəcək. O daha sonra Türkiyədə fəaliyyət göstərən alman şirkətlərinin nümayəndələri ilə gəmi səfərinə qatılacaq və səfər zamanı Türkiyə ilə Almaniya arasında iqtisadi əlaqələri müzakirə edəcək. 

Ştaynmayer Türk-Alman dostluğunun 100-cü ildönümü ilə bağlı təşkil olunana gecədə iştirak edəcək və orada türkəsilli insanların biznes, elm, incəsənət, ədəbiyyat, idman və mətbəx sahələrindəki işləri ilə tanış olacaq. Prezident vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.

Almaniya prezidenti Ştaynmayerin səfəri zamanı ikinci dayanacağı Qaziantep olacaq.

Ştaynmayer Qaziantepdə zəlzələdən zərər çəkənlər üçün tikintisi Almaniya tərəfindən dəstəklənən məktəbi ziyarət edəcək. 

Səfərinin son günündə prezident Ştaynmayer Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Almaniya prezidenti ölkəsinə qayıtmazdan əvvəl CHP sədri Özgür Özəl ilə də görüşəcək.

Mürtəza
Ölkə.Az

Seçilən
98
21
Mənbələr
Şərh ()
Bağla