AZ

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Bakı, 17 aprel, AZƏRTAC

Avropa çempionu olmaq qürurverici hissdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında bilyard üzrə Avropa çempionu Tofiq Quliyev deyib.

Pramida növündə çempionluq yaşayan idmançı xoşbəxt olduğunu qeyd edərək bildirib: "Azərbaycana qızıl medalla döndüyüm üçün qürur hissi keçirirəm. Bunu sözlər ifadə etmək çətindir. Özümə inamım sayəsində birinci oldum”.

Gələcək hədəfləri barədə də danışan qitə birincisi deyib: “Qarşıda bizi dünya çempionatı gözləyir. Maraqlı və çətin turnir olacaq. İndi bütün diqqətimi oraya yönəldəcəyəm. Məqsədim həmin yarışda da birinci olmaqdır”.

Qeyd edək ki, Tofiq Quliyev 7 ölkədən 70 idmançı arasında keçirilən yarışda birinci, Niyazi Xələfov isə üçüncü olub.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla