AZ

Kevin Zeroli “Milan”la yeni müqavilə bağladı

İtaliyanın “Milan” klubu əslən Nigeriyadan olam mərkəz yarımmüdafiəçisi Kevin Zeroli ilə müqavilənin müddəti uzadıb.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

19 yaşlı italiyalı futbolçu ilə müddəti 2028-ci il iyunun 30-dək nəzərdə tutulmuş yeni müqavilə imzalanıb.

Kevin Zeroli 2010-cu ildən “Milan”ın sistemindədir. Bu mövsüm o, “Milan”ın U-19 komandasında çıxış edir və sözügedən kollektivin kapitanıdır.

Kevin artıq “Milan”ın əsas komandasında da oynamağa fürsət tapıb. O, əsas komandanın heyətində 3 matça çıxıb və bütövlükdə 27 dəqiqə meydanda olub.

Zeroli 2023-cü ildən İtaliyanın U-19 yığmasına cəlb olunur. O, bu komandada 9 oyuna 2 qol vurub.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla