AZ

“Mentalitet sonradan qazanılmış vərdişlərdir“ - SOSİOLOQ DANIŞDI

“Azərbaycanda mentalitet barəsində sözün mənasını bilib-bilmədən danışırlar. Hər bir insanın müxtəlif davranış formaları var. Mentalitet isə bu davranışlar arasında milli vərdişə çevrilmiş davranışlara deyilir. Qeyd etməliyəm ki, milli kod ilə milli mentalitet biri-birindən fərqli anlayışlardır. İnsanlar da bu fikirlərin mənasına varmadan daim onlar barəsində danışır, fikir mübadiləsi aparırlar. Milli kod tarixən formalaşan xüusiyyətlərdir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Sosioloq bildirib ki, milli kod olduqca dərin məsələdir: “Mentalitet isə sonradan qazanılmış vərdişlərdir. Elə xüsusiyyətlər var ki, müəyyən qrup onlardan tez-tez istifadə edir. Bunun da adını mentalitet qoyurlar. Buna görə də milli kod ilə mentaliteti fərqləndirmək lazımdır.

İnsanın psixoloji xüsusiyyətləri birbaşa olaraq onun davranışlarına təsir edir. İnsanın üstünlük verdiyi dəyərlər də onun həyat tərzinə, hərəkətlərinə bilavasitə təsir edir.

Mentalitet vərdiş olunmuş davranış forması olduğundan bəzən yaxşı, bəzən də pis olur. Buna görə də nəyə vərdiş etdiyimizə diqqət etməliyik”.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla