AZ

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın cənub-qərbində Şikoku və Kyuşu adaları arasında 6,4 bal gücündə zəlzələ baş verib; sunami təhlükəsi yoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Zəlzələnin episentri Yaponiyanın daxili dənizi ilə Sakit okeanı birləşdirən Bunqo boğazında olub. 

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Güclü yeraltı təkanlar Koçi, Ehime, Oita, Xirosima və Yamaquçi prefekturalarında hiss olunub.

Turan İSMAYIL

Seçilən
33
34
Mənbələr
Şərh ()
Bağla