AZ

“NATO-nun Kiyevə ötürmək üçün kifayət qədər müdafiə sistemi var”

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansına üzv ölkələrin Ukrayna Silahlı Qüvvələrinə ötürmək üçün kifayət qədər hava hücumundan müdafiə sistemləri var.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə mətbuat konfransında deyib:

“Reallıq ondan ibarətdir ki, bizdə mövcud sistemlər var. Hava hücumundan müdafiə sistemləri və “Patriot” batareyalarına gəldikdə, Ukraynanı daha çox şeylə təmin etmək üçün kifayət qədər sistemlər mövcuddur”.

Seçilən
82
2
Mənbələr
Şərh ()
Bağla