AZ

Əks yola çıxansürücü “Pirus”a qəza riski yaradıb aradan çıxdı- ANBAAN VİDEO

Suraxanı rayonu “Dədə Qorqud” qəsəbəsində kobud qayda pozan sürücü qəza riski yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 16-sı saat 20:23 radələrində qeydə alınıb. Hərəkətdə olan sürücüsü “Toyota Prius” markalı maşın, “Opel” markalı avtomobillə toqquşmaqdan son anda qurtulub. Belə ki, “Opel”in sürücüsü qəflətən əks istiqamətli yola keçir və qarşıdan gələn maşına təhlükə yaradır. Bu zaman “Prius“ sürücüsü peşəkarlıq göstərərək avtomobili yol kənarına sürür.
Qeyd edək ki, zərərçəkmiş qayda pozan sürücünün sərxoş olduğunu və hadisə yerindən qaçdığını iddia edib. Həmçinin o, avtomobildəki sərnişinin xəsarət aldığını bildirib. 

Nərmin

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla