AZ

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri aydındır.Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərləbərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasındaəlaqələr quran Azərbaycan heç bir dövlətin daxili işlərinə müdaxiləetmir, eyni zamanda, öz daxili işlərinə müdaxiləni də yolverilməzhesab edir. Ölkəmizin istər 30 il davam edən işğal, istər 44 günlükİkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə əksərdünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzəqaldığı inkaredilməz reallıqdır. Artıq tarixin arxivinə atılmışQarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına səbəb olanamillərdən biri də məhz əksər dünya güclərinin, xüsusilə keçmişmünaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməyiöhdəsinə götürən, artıq dəfn edilmiş ATƏT-in Minsk qrupununhəmsədrlərinin ikili yanaşmaları oldu. Prezident İlham Əliyevinqeyd etdiyi kimi, əgər əvvəlki illərdə, xüsusilə işğal dövründəbizi çaşdırmaq, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlbetməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydınburada ayırıcı xətlər müşahidə olunur. “Biz o ayırıcı xətləriçəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üçölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləriaçıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etməkistəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq!”.Prezident İlham Əliyevin bu fikirləri digər dövlətlərə ədalət,beynəlxalq hüquq “dərsi” keçməyə cəhd göstərən, amma reallıqda özübu prinsiplərdən xəbərsiz olan Fransa kimi müstəmləkəçilikniyyətindən əl çəkmək istəməyən dövlətlərə tutarlı cavabdır.

Bu sözləri Trend-ə YeniAzərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasielmlər doktoru, professor Vüqar Rəhimzadə söyləyib.

O qeyd edib ki, ermənipərəst mövqeyini atdığı hər bir addımı ilətəsdiqləyən rəsmi Paris tarixi Zəfərimizdən sonra erməni sevgisinitamamilə açıq müstəviyə keçirdi. Fransa İkinci Qarabağmüharibəsindən sonra Azərbaycanla münasibətləri korlamaq üçünmümkün olan bütün addımları atıb. BMT-də Azərbaycana qarşıqətnamələr qəbul etdirmək cəhdləri, Avropa İttifaqında Azərbaycanəleyhinə apardığı kampaniya, Avropa Parlamentində ölkəmiz əleyhinəqətnamələrin qəbulunda aktiv iştirak etməsi və sair kimisıralanması bitməyən addımları bu dövlətin barışmaz anti-Azərbaycanmövqeyini nümayiş etdirir. Fransa nə 30 illik işğal dövründəmünaqişənin həlli istiqamətində addım atdı, nə də postmünaqişədövründə sülh müqaviləsinin imzalanmasına səylər göstərir.Fransanın Ermənistanı yenidən silahlandırması, yeni münaqişəocaqları yaratmaq cəhdləri günümüzün reallıqları sırasındadır. Budövlət utanmadan bunları inkar edib Azərbaycanı günahlandırmaqlaözünə qarşı inamsızlığı daha da artırır, ölkələr arasındaəlaqələrin inkişafında əsas faktor olan etimad mühitini tamamiləsıfıra endirir. Təbii ki, Makron hakimiyyətinin xəbis niyyəti qeydetdiklərimizlə bitmir. Belə ki, Azərbaycanın görkəmli şairiXurşidbanu Natəvanın abidəsi ilə bağlı hadisələr rəsmi Parisinölkəmiz əleyhinə apardığı kampaniyanın tərkib hissələridir. Reallıqbudur ki, bugünkü Fransanın işğalçı Ermənistanla heç bir fərqiyoxdur. Bu kimi addımlar hər iki dövləti oxşar və ortaq maraqlarınbirləşdirdiyini bir daha təsdiqləyir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Laçın yolundakı ekoaksiya zamanıFransanın “blokada şousu”, Yelisey sarayının Ermənistanısilahlandırması da özündə bütün məqamları açıqlayır. AzərbaycanınErmənistana sülh təklifini böyük narahatlıqla qarşılayan rəsmiParis atdığı bütün addımlarında sülh müqaviləsinin imzalanmasınınəleyhinə olduğunu təsdiqləyir. Aprelin 5-də Fransanın ssenarisiəsasında təşkil edilən, açıq-aşkar regionda sabitliyə,təhlükəsizliyə qarşı olan ABŞ-Avropa İttifaqı-Ermənistan görüşündəbelə Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinibildirdi. Bunları görməzdən gələn rəsmi Paris diqqəti özününyaratdığı gərginliklərdən yayındırmaq üçün Azərbaycandakı səfirinigeri çağırmağı bir çıxış yolu hesab etdi. Münasibətlərinpozulmasına yönəlmiş bu kimi addımlar rəsmi Bakı tərəfindən yox,Yelisey sarayı tərəfindən atılıb. Bütün bunlardan sonra Fransanınözünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür.

“Əvvəldə də vurğuladığım kimi, Azərbaycan bütün dövlətlərləmünasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləriçərçivəsində qurulmasına tərəfdardır. Hansısa ölkə bunun əksiniedirsə, bu o ölkənin öz problemidir. Fransa Bakıdakı səfirinin geriçağırılmasını lazım bilirsə, Azərbaycan da eyni addımı atabilər.

Xarici İşlər Nazirliyinin bəyanatında da Fransanın Azərbaycanıbirtərəfli addımlarda təqsirləndirməsinin tam əsassızlığı faktlarladiqqətə çatdırıldı.

Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycanbütün dövlətlərdən, beynəlxalq təşkilatlardan da özünə qarşı bu cüryanaşmanı tələb edir. Maraqların beynəlxalq hüququ üstələməsimünaqişələrin dərinləşməsinə, gərginliklərin artmasına səbəb olur.BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının maraqlarınauyğun gələndə 1-2 saatın içində icrasına nail olan bəzi dünyagücləri Azərbaycana gəldikdə işğalçının adı ilə çağırılmasınınmünaqişənin həllinə mane olacağını bildirməklə Ermənistanadəstəklərini göstərdilər. Təbii ki, vasitəçi neytral mövqe nümayişetdirməlidir. Bütün zamanlarda neytrallığı qorumayıb birtərəflimövqeyi ilə diqqətdə olan Fransa kimi neokolonializm siyasətihəyata keçirən dövlətin bu gün Azərbaycanı birtərəfli addımlardatəqsirləndirməsi ən azı təəccüb doğurur”, - deyə o əlavə edib.

Məqalədə:
Seçilən
52
7
Mənbələr
Şərh ()
Bağla